Azərbaycan Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb


Digərləri 08 Okt 2017 13:41:00 213 0

Azərbaycan Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Oktyabrın 8-də Azərbaycannın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusа rəsmi səfəri başlayıb

Bakı. Oktyabrın 8-də Azərbaycannın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusа rəsmi səfəri başlayıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək. Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.