Xaçmazda 4 otaqlı ev yanıb


Digərləri 08 Okt 2017 19:07:03 226 0

Xaçmazda 4 otaqlı ev yanıb

Xaçmazda yanğın qeydə alınıb

Bakı. Xaçmazda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 110 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.