Bərdədə orta yaşlı qadın qoz ağacından yıxılaraq ağır xəsarət alıb


Sosial 08 Okt 2017 11:56:22 402 0

Bərdədə orta yaşlı qadın qoz ağacından yıxılaraq ağır xəsarət alıb

Qadına qapalı kəllə-beyin travması və sol qol sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub

Bərdədə orta yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1971-ci il təvəllüdlü Mollalı kənd sakini Sarıyeva Gülər Bəylər qızı yaşadığı evin həyətyanı sahəsində qoz yığan zaman ağacdan yıxılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 46 yaşlı qadın Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan verilən məlumata görə, xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilən G.Sarıyevaya qapalı kəllə-beyin, bədənin ümumi travması və sol qol sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.