İraqdan Türkiyə və İrana ÇAĞIRIŞ:


Dünya 08 Okt 2017 10:49:00 366 0

İraqdan Türkiyə və İrana ÇAĞIRIŞ:

İraq hökuməti Türkiyə və İranı Şimali İraq Kürdüstan Muxtariyyəti ilə ticarəti dayandırmağa çağırıb.

Son.az APA-ya istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi yazılı bəyanatında Türkiyə və İranın Şimali İraqdakı sərhəd-keçid məntəqələrini bağlamasını da istəyib.

İraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri rəsmi Əhməd Mahcur müraciətin Türkiyə və İranın Bağdaddakı səfirliyinə təqdim olunduğunu açıqlayıb.