Uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq


Digərləri 08 Okt 2017 12:01:00 357 0

Uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq

Dubayda "Gitex" sərgisində uçan pilotsuz taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, uçan taksi Almaniyanın "Volocopter" istehsalçısı ilə birgə yaradılıb. Uçan taksilər Dubay hökümətinin planın bir hissəsi olacaq. Hökümətin planına görə, 2030-cu ilə qədər Dubayın bütün nəqliyyatının 25 faizi pilotsuz olacaq.

Pilotsuz taksi 2 sərnişin üçün layihələşdirilib. Maksimal uçuş müddəti 30 dəqiqə təşkil edir, orta sürət - saatda 50 kilometr, maksimak sürət - saatda 100 kilometr.

Bundan əlavə sərgidə "ağıllı piyada keçidi"də təqdim olunacaq. Bu keçiddə işıqforun əməliyyat sistemi yerüstü optik sistemə qoşulmuş ötürücülərlə işə salınır.