Aysel yerli rejissorları bəyənmədi


Şou-biznes 08 Okt 2017 12:13:00 445 0

Aysel yerli rejissorları bəyənmədi

"Bir gün bütün rejissorlarımız məni yıxıb-sürüyəcəklər. Amma Azərbaycanda çəkdirdiyim klipləri bəyənmirəm. Yerli tanınmış rejissordan biri ilə klip çəkdik, onu heç internetdə də yerləşdirmədim. Heç bəyənmədim, onda burada klip çəkdirməyə "stop" dedim".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aysel Əlizadə "Lider maqazin"ə açıqlamasında deyib. 

Sənətçi yerli rejissorları tənqid edib:

"Ucuz da deyildi, normal qiymət idi. İstədiyim nədir, heç düşünmədiyim ortaya çıxdı. Onda qərar verdim ki, bir az da əziyyət çəkib gedib Türkiyədə lentə aldıraram. Keyfiyyətsiz işləri sevmirəm. Gedirsən oteldə qalırsan, təyyarə pulu ödəyirsən. Kaş xeyri öz rejissorlarımıza verərdim. Məsuliyyət əsasdır. Türkiyədə hər şey sənin üçün gözəl təşkil edilir".