"Bavariya" üçün bundan yaxşı qərar ola bilməzdi"


İdman 08 Okt 2017 11:50:00 376 0

"Bavariya" üçün bundan yaxşı qərar ola bilməzdi"

Karlo Ançelotti ilə yollarını ayıran "Bayern Munich" mövsümün sonuna kimi Yupp Haynkeslə anlaşıb. Təcrübəli mütəxəsis bu təyinatı qayıdış kimi deyil, dost köməyi adlandırmışdı. Goal.az xəbər verir ki, komandanın müdafiəçisi Jerom Boatenq bu təyinatın ən düzgün qərar olduğunu qeyd edib.

"O, mükəmməl məşqçidir. "Bavariya" üçün bundan yaxşı qərar ola bilməzdi. Haynkes futbolçuları yaxşı tanıyır və böyük təcrübəyə malikdir. O, gözəl natiq və təhlilçidir. Haynkesə hər kəs hörmət edir. O, komandanı yenə yaxşılaşdıracaq, ona impuls verəcək və təcrübəsini bölüşəcək".