Dubayda sərgidə uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq


Digərləri 08 Okt 2017 11:48:17 362 0

Dubayda sərgidə uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq

Dubayda "Gitex" sərgisində uçan pilotsuz taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq

Bakı. Dubayda "Gitex" sərgisində uçan pilotsuz taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq. Trend-in məlumatına görə, uçan taksi Almaniyanın "Volocopter" istehsalçısı ilə birgə yaradılıb. Uçan taksilər Dubay hökümətinin planın bir hissəsi olacaq. Hökümətin planına görə, 2030-cu ilə qədər Dubayın bütün nəqliyyatının 25 faizi pilotsuz olacaq. Pilotsuz taksi 2 sərnişin üçün layihələşdirilib. Maksimal uçuş müddəti 30 dəqiqə təşkil edir, orta sürət - saatda 50 kilometr, maksimak sürət - saatda 100 kilometr. Bundan əlavə sərgidə "ağıllı piyada keçidi"də təqdim olunacaq. Bu keçiddə işıqforun əməliyyat sistemi yerüstü optik sistemə qoşulmuş ötürücülərlə işə salınır. Ötürücülər piyadaların hərəkətlərini hesablayır və işıqforun siqnalını qalan zamanını avtomatik təshih edir. Bu isə piyadaların yolu təhlükəsiz keçməyini təmin edir Qeyd edək ki, "Gitex" sərgisi bu gün başlayıb və oktyabrın 12-sinə qədər davam edəcək.