Təyyarə traktora görə eniş edə bilmədi


Digərləri 08 Okt 2017 08:46:00 368 0

Təyyarə traktora görə eniş edə bilmədi

"Azuair" şirkətinə məxsus, Vyetnamdan Vladivostoka ZF 2544 reysini yerinə yetirən Xabarovsk şəhərinin aeroportunda məcburi eniş edib.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata əsasən, təyyarənin göyərtəsində 240 nəfər olub. Pilot eniş zolağında traktorun olduğunu görüb 30 dəqiqə eniş edə bilməyib. Sonda Xabarovsk şəhərindəki ehtiyyat aerodroma uçmağa məcbur olub.