Goranboyda avtomobil aşıb, yaralananlar var


Sosial 08 Okt 2017 10:38:29 355 0

Goranboyda avtomobil aşıb, yaralananlar var

Hadisə Xanqərvənd-Qızılhacılı yolunda qeydə alınıb

Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xanqərvənd-Qızılhacılı yolunda qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və sərnişinləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.