Sumqayıtda top mərmisi aşkarlandı


Digərləri 08 Okt 2017 09:10:00 251 0

Sumqayıtda top mərmisi aşkarlandı

Oktyabrın 6-da Sumqayıt Texnbologiyalar Parkı ərazisində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub.

Son.az report.az-a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub. Dərhal həmin əraziyə agentliyin xüsusi mobil çevik əməliyyat qrupu göndərilib.