Bərdədə uşaq ikinci mərtəbədən yıxıldı


Digərləri 08 Okt 2017 09:24:00 272 0

Bərdədə uşaq ikinci mərtəbədən yıxıldı

Bərdənin Kətəlparaq kəndində 9 yaşlı uşaq fərdi yaşayış evinin 2-ci mərtəbəsindən yerə yıxılıb.

Son.az report.az-a istinadən bildirir ki, nəticədə 2008-ci il təvəllüdlü Hüseynov İbrahim Vahid oğlu ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, hadisə qonşuluqda yeni tikilməkdə olan evdə baş verib. Hadisə doqquz yaşlı uşaq tikintinin ikinci mərtəbəsində oynayarkən qeydə alınıb.