AŞPAnın yeni rəhbəri 2 gün sonra seçiləcək


Siyasət 07 Okt 2017 22:02:00 323 0

AŞPAnın yeni rəhbəri 2 gün sonra seçiləcək

O, Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək

Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri bazar ertəsi, oktyabrın 9-da seçiləcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib. "Sədr assambleyanın prosedur qaydalarına uyğun olaraq AŞPA-nın oktyabrın 9-da Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək", - deyə məlumatda qeyd olunur. Bildirilir ki, yeni rəhbər 22-26 yanvar 2018-ci il tarixlərində Strasburqda keçiriləcək növbəti sessiyanın açılışınadək öz postunu tutacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində