AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək


Dünya 07 Okt 2017 21:16:11 422 0

AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək

O, Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək

Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri bazar ertəsi, oktyabrın 9-da seçiləcək.

"Report" xəbər verir ki, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.

"Sədr assambleyanın prosedur qaydalarına uyğun olaraq AŞPA-nın oktyabrın 9-da Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, yeni rəhbər 22-26 yanvar 2018-ci il tarixlərində Strasburqda keçiriləcək növbəti sessiyanın açılışınadək öz postunu tutacaq.