İsko Pikeyə dəstək oldu


İdman 07 Okt 2017 13:46:00 324 0

İsko Pikeyə dəstək oldu

İspaniya millisinin yarımmüdafiəçisi İsko azarkeşlərin Pikeyə olan münasibətindən narazı qalıb.

Goal.az xəbər verir ki, ispan futbolçu açıqlamasında bu durumdan təəssüfləndiyini qeyd edib: 

"İspaniya millisində belə halın yaşanması üzücüdür. Siyasət və futbolu qarışdırmaq lazım deyil. Pike ağır təzyiq altındadır. Onun milli üçün necə əhəmiyyətli olduğunu hamımız bilirik. Pike 15 ildir millidə oynayır və onun sadiqliyinə heç kim şübhə edə bilməz. İnsanlar istədiklərini deyə və eşitdirə bilərlər. O bütün baş verənləri normal qəbul edir".

Xatırladaq ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan İspaniya - Albaniya (3-0) oyununda fitə basılan Pike 60-cı dəqiqədə əvəzlənib. Azarkeşlərin narazılığına səbəb Pikenin Kataloniyanın müstəqilliyinə dəstək xarakterli açıqlamaları olub.