Foqts: "Azərbaycan ancaq San-Marino üzərində qələbələri xəyal edir"


İdman 07 Okt 2017 14:18:00 338 0

Foqts: "Azərbaycan ancaq San-Marino üzərində qələbələri xəyal edir"

Azərbaycan millisinin keçmiş baş məşqçisi Berti Foqts Almaniya mətbuatına danışıb.

Alman mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Almaniya - Azərbaycan oyunu ilə əlaqadər verdiyi açıqlamada bunları deyib:

“Azərbaycanla bağlı deyəcəyim xüsusi bir şey yoxdur. Onlar ancaq San-Marino üzərində qələbələri xəyal edirlər. Qrupda ikinci yeri tutmaq? Bu, onlar üçün çox çətindir. Bu haqda danışmağa dəyməz. Amma məncə, Azərbaycan futbolu düzgün yoldadır. Orda Almaniyanın ikinci Bundesliqasında çıxış edə biləcək futbolçular var. Ancaq bildiyim bir şey var ki, azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdılar”.