Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar


Digərləri 07 Okt 2017 16:15:00 344 0

Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov-Rusiya, Endryu Şofer-ABŞ və Stefan Viskonti-Fransa) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

Bakı. ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov-Rusiya, Endrü Şofer-ABŞ və Stefan Viskonti-Fransa) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar. Trend-in təşkilatın saytına istinadən məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər: "Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib". Bəyanatda qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.