“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetin apellyasiya şikayəti təmin edilməyib


Sosial 07 Okt 2017 10:10:24 398 0

“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetin apellyasiya şikayəti təmin edilməyib

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə, qanunsuz silah saxlama, narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxarığı hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, 2015-ci ilin martında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü S.Aslanov və F.Əfəndiyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Aslanov 11 il, F.Əfəndiyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınır.