Qızıl 2 dollara yaxın bahalaşdı


Dünya 07 Okt 2017 10:45:00 374 0

Qızıl 2 dollara yaxın bahalaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 22 773,67 bəndədək, S&P 500 0,11% - 2 549,33 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,07% - 6 590,18 bəndədək bahalaşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,20% - 7 522,87 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,36% - 5 359,90 bəndədək, Almaniya DAX-ı isə 0,09% - 12 955,94 bəndədək ucuzlaşıb.   COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,70 dollar artaraq 1 274,90 dolara, gümüş isə 0,15 dollar artaraq 16,79 dollara satılıb.