Azərbaycanlı biznesmənə görə Dağıstanda qarşıdurma: avtomatlardan atəş açıldı VİDEO


Digərləri 07 Okt 2017 09:28:00 360 0

Azərbaycanlı biznesmənə görə Dağıstanda qarşıdurma: avtomatlardan atəş açıldı  VİDEO

Mahaçqala şəhərinin yaxınlığında yerləşən Krasnoarmeyski qəsəbəsində dramatik hadisələr yaşanıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, yerli sakinlər dövlətin yaşayış məntəqəsi üçün ayırdığı torpaq sahəsi üstündə yerli hakimiyyətlə davaya qalxıb. Əhalinin fikrincə, məmurlar həmin torpağı öz adlarına qeydiyyatdan keçiriblər.

Kənd administrasiyası və tikinti işlərini aparanlarla söz güləşdirmə bir müddət sonra əsl davaya çevrilib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Camaat hüquq-mühafizə orqanı əməkdaşlarının maşınını daşa tutublar və avtomobil tərəfə zir-zibil atıblar. Yalnız polis əməkdaşlarının tabel silahına müraciət etməsindən sonra kütlə "özünə gəlib" və dağılışıb. Qeyd olunur ki, polis havaya atəş açıb.

"15 ildən çoxdur ki, bizi bura köçürərkən dövlətin ayırdığı 49 hektar torpaq ərazisini qoruyub saxlamağa çalışırıq", - Krasnoarmeyski sakinlərindən biri deyir. Onun sözlərinə görə, yerli məmurlar camaatın icazəsi olmadan torpağı öz adlarına qeydiyyatdan keçiriblər, lakin əhali burada tikinti işlərinin aparılmasına yol verməyib.