Baş nazirin müavini qəzada öldü


Dünya 07 Okt 2017 09:35:37 387 0

Baş nazirin müavini qəzada öldü

Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzası nəticəsində vəfat edib.

Son.az report-a istinadən xəbər verir ki, oktyabrın 7-də Bişkek - Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. İnformasiyaya əsasən, hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü vəfat ediblər.

Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.


Xəbərə aid fotolar