Braziliyada uşaq bağçasında yanğın olub:


Dünya 07 Okt 2017 08:37:00 331 0

Braziliyada uşaq bağçasında yanğın olub:

Yaralılardan 37-i uşaqlardır

Braziliyanın Minas-Jerays ştatındakı bələdiyyəyə məxsus uşaq bağçasında baş vermiş yanğın zamanı 7-i uşaq olmaqla, 9 nəfər həlak olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Globo" xəbər verib. Qeyd olunur ki, hadisə nəticəsində yanğının baş verməsinin təqsirkarı - bağçanın tərbiyəçisi - 50 yaşlı Damian Soares dus Santos da həlak olub. Yanğın zamanı ölən azyaşlıların 4 yaşa qədər uşaqlar olduqları bildirilir. Son məlumata görə, yanğın zamanı 41 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların 37-i uşaqlardır. Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib. Polis təhqiqat aparır.