Meksikada yüksək səviyyədə təhlükə elan edilib


Dünya 07 Okt 2017 08:43:00 272 0

Meksikada yüksək səviyyədə təhlükə elan edilib

Meksikanın Kintana Roo ştatında "Neyt" qasırğası səbəbindən "narıncı" (yüksək) dərəcədə təhlükə elan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, "Neyt" qasırğası artıq Nikaraqua, Kosta-Rika, Honduras və Salvadorda 23 nəfərin həyatına son qoyub.

Məlumata əsasən, hökümət ştatın sakinlərini təhlükəli əraziləi tərk etməyə və müvəqqəti sığınacaqlara yerləşməyə çağırıb.