ABŞ Səudiyyəyə 15 milyard dollarlıq RƏM satıb


Dünya 07 Okt 2017 08:53:00 316 0

ABŞ Səudiyyəyə 15 milyard dollarlıq RƏM satıb

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin satışını təsdiqləyib.

Son.az Trend-ə istinadən bildirir ki, müqavilənin ümumi dəyəri 15 milyard dollar təşkil edəcək.

"Bu satış ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına xidmət edir, həmçinin Səudiyyə Ərəbistanı və Fars Körfəzi bölgəsinin uzunmüddətli təhlükəsizliyini dəstəkləyir", - Dövlət Departamentinin məlumatında deyilir.