Tropik "Neyt" fırtınası güclənə bilər


Dünya 07 Okt 2017 07:56:00 288 0

Tropik "Neyt" fırtınası güclənə bilər

Mərkəzi Amerikada artıq 20-dən çox insan təbii hadisənin qurbanı olub

Mərkəzi Amerikada artıq 20-dən çox insan tropik "Neyt" fırtınasının qurbanı olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə RİA "Novosti" ABŞ-ın Qasırğalar üzrə Milli Mərkəzinə istinadən xəbər verib. Qeyd olunur ki, fırtına qasırğaya qədər güclənə bilər. Fırtınanın Karib dənizinin şimal-qərb hissəsində gücləndiyi bildirilir. Meksikanın şimal sahilləri təbii hadisə barədə xəbərdar edilib. Mütəxəssislərin hesablamalarına əsasən, "Neyt" ABŞ-ın Luiziana və Florida sahillərinə yerli vaxtla saat 19:00-da yaxınlaşacaq. Daha əvvəl hər iki ştatda yaxınlaşmaqda olan təbii hadisə ilə bağlı fövqəladə vəziyyət elan edilib.