ABŞ-da polis Nyu-Yorka hücum planlaşdıran 3 nəfəri saxlayıb


Dünya 07 Okt 2017 03:41:07 403 0

ABŞ-da polis Nyu-Yorka hücum planlaşdıran 3 nəfəri saxlayıb

Cinayətkarlar İŞİD-in terror aktlarından ilham alıblar

ABŞ-ın hüquq-mühafizə orqanları Nyu-Yorkun izdihamlı yerlərinə hücum planlaşdıran 3 nəfəri saxlayıb.

"Report"u məlumatına görə, bu barədə "NBC" mənbəyə istinadən xəbər verib.

Saxlanılanlar Pakistanda həbs edilmiş 19 yaşlı Kanada sakini Əbdürrəhman əl-Bahnasavi, 19 yaşlı ABŞ vətəndaşı Talha Harun, həmçinin 37 yaşlı Filippin sakini Rassell Salehdir. Telekanalın xəbərinə görə, onların konsertlərin verildiyi yerlərə, Nyu-Yorkun avtomobil yollarına hücum planlaşdırırmış.

Cinayətkarların İŞİD qruplaşmasının terror aktlarından ilham aldıqları bildirilir.