Braziliyada uşaq bağçasında yanğın olub: 9 ölü, 41 yaralı


Dünya 07 Okt 2017 03:11:38 462 0

Braziliyada uşaq bağçasında yanğın olub: 9 ölü, 41 yaralı

Yaralılardan 37-i uşaqlardır

Braziliyanın Minas-Jerays ştatındakı bələdiyyəyə məxsus uşaq bağçasında baş vermiş yanğın zamanı 7-i uşaq olmaqla, 9 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Globo" xəbər verib.

Qeyd olunur ki, hadisə nəticəsində yanğının baş verməsinin təqsirkarı – bağçanın tərbiyəçisi – 50 yaşlı Damian Soares dus Santos da həlak olub. Yanğın zamanı ölən azyaşlıların 4 yaşa qədər uşaqlar olduqları bildirilir.

Son məlumata görə, yanğın zamanı 41 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların 37-i uşaqlardır.

Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib. Polis təhqiqat aparır.