Xızıda minik avtomobili maneələrə çırpılıb, sürücü ölüb


Digərləri 07 Okt 2017 01:47:23 253 0

Xızıda minik avtomobili maneələrə çırpılıb, sürücü ölüb

Xızıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. Xızıda ölümlə nəticələnən yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Sitalçay kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneələrə çırpılıb. Sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədi Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.