Bakı-Quba şosesində yol qəzası baş verib: ölənlər var


Sosial 07 Okt 2017 00:49:59 407 0

Bakı-Quba şosesində yol qəzası baş verib: ölənlər var

Ölənlərdən biri 20-25 yaşlı Rusiya vətəndaşıdır

Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil yolun dəmir arakəsməsinə çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri 20-25 yaşlı Rusiya vətəndaşıdır.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Xidmətin əməkdaşları ölənlərdən birinin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışırlar. 

Faktla bağlı araşdırma aparılır.