Kataloniyada müstəqillik haqqında referendumun yekun nəticələri elan edilib


Dünya 06 Okt 2017 19:31:36 470 0

Kataloniyada müstəqillik haqqında referendumun yekun nəticələri elan edilib

Muxtariyyətin müstəqilliyinə iki milyondan artıq seçici səs verib

Kataloniya hökuməti oktyabrın 1-də keçirilmiş "müstəqillik haqqında referendum"un yekun nəticələrini elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, muxtariyyətin müstəqilliyinə iki milyondan artıq seçici səs verib. Bu da səsvermədə iştirak edənlərin ümumi sayının 90,18%-ni təşkil edir.

Səsvermədə 5,3 mln səsvermə hüququ olan seçicidən 2 286 217 nəfəri (43,03%) iştirak edib. Onlardan 2 milyon 44 min 38 nəfər (90,18%,) müstəqilliyin lehinə, 177 547 nəfəri isə əleyhinə (7,83% ) səs verib. 

Qeyd edək ki, səs verənlərin 1,98%-i qutuya boş bülleten atıb.