Günün qoroskopu: istənilən yeniliklər və eksperimentlər üçün əla gündür


Digərləri 07 Okt 2017 00:01:00 329 0

Günün qoroskopu: istənilən yeniliklər və eksperimentlər üçün əla gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Səhər saatlarında yaxın ətrafınızdakı insanlardan bir neçəsi ilə anlaşılmazlıq yarana bilər. Normal dialoq istəyirsinizsə, psixoloji cəhətdən çevik olun. Diplomat kimi davranın. Kommunikasiyanın fərqli metodlarından və vasitələrindən istifadə edin. Günün ikinci yarısı görüşlər, müzakirələr və mübadilələr üçün əlverişlidir. İşdə maraqlı təklif eşidəcəksiniz. Tələsik qərar verməyin. 

Güzəşt axtarışları dəyər verdiyiniz insanla münasibətlərdəki harmoniyanı qorumaq üçün mütləq şərtdir.

Buğa - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur. Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.

Əkizlər - Günün ilk yarısı effektiv və əlverişlidir. Fiziki və emosional tarazlığı bərpa edin. Yaxın ətrafınızdakı insanlarla qeyri-rəsmi şəkildə təmaslara üstünlük verin.  Günün ikinci yarısında işgüzar danışıqlar pis nəticə verməyəcək. Yaradıcılıqla məşğul ola bilərsiniz. Axşam saatlarında yeni dost qazanacaqsınız.

Xərçəng - Tərəfdaşlarla ünsiyyətə xüsusi diqqət ayırın. Yaxın ətrafınızdakı insanlarla stabil təmaslar irəliləyişə əlavə təkan verəcək. Yaradıcılıq və karyera məsələlərində emosional addımlar atmayın. Günün ikinci yarısında tərəfdaşlar və həmkarlarla danışıqlar yaxşı nəticə verəcək. Münaqişələri alovlandırmayın, ziddiyyətləri güclənməmiş aradan qaldırın.  Axşam saatları məhsuldardır. Yaxın insanların yanında dincəlin.

Şir - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər. Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin.

Qız - Genişmiqyaslı layihəyə, önəmli məsələyə başlamaq üçün əlverişli zaman deyil. Əvvəlki işləri bitirin. Yarımçıq işlər ballasta, izafi yükə çevrilməməlidir. Günün ikinci yarısında hesabatları tərtiq edəndə diqqətli və sayıq olun. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında dostlardan birinə təcili kömək gərəkəcək. Yardımlarınızı əsirgəməyin.