Uşaqlarda piylənmənin qarşısını almaq üçün yeni tövsiyələr


Digərləri 06 Okt 2017 22:58:00 372 0

Uşaqlarda piylənmənin qarşısını almaq üçün yeni tövsiyələr

Dünya Səhiyyə Təşkilatı (DST) uşaqlarda piylənməyə qarşı mübarizə üzrə yeni tövsiyələr təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uşaqlarda piylənmə problemi getdikcə daha çox miqyaslı xarakter almağa başlayır. Hazırda yaşı beşədək 41 milyon uşaq piylənmədən əziyyət çəkir və müxtəlif ağır xəstəliklərin yaranma təhlükəsi qrupuna aid edilir.

DST-nin nümayəndəsi Françesko Branka deyib: "İndiyədək həkimlərə təklif edilirdi ki, onlar uşaqlarda boyun inkişafdan qalması və yorğunluq hallarını üzə çıxarsınlar. İndi biz onlara boyu və çəkini ölçməyi tapşırırıq ki, piylənməyə yol verilməsin".

Təşkilatın verdiyi məlumata görə, uşaqlarda piylənmə daha çox kiçik və orta gəlirə malik ölkələrdə olur. Bu, paradoksal səslənir, lakin artıq çəki qida çatışmazlığı fonunda da müşahidə oluna bilər. Mütəxəssislər bunu "doyunca yeməməyin ikiqat nəticəsi" adlandırırlar.