Dər saxla yasəməni…


Digərləri 06 Okt 2017 23:04:00 361 0

Dər saxla yasəməni…

Tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib xoş ətirli bitkilərdir. Yarpaqlarına görə iki-ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən növləri var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onlardan ən məşhuru adi yasəməndir. Bölgənin iqlimindən asılı olaraq həmin çiçəklər bəzi regionlarda qışda yarpaqlarını tamam tökür, yazın əvvəllərindən payızın axırlarınadək çiçək açır. Onun kiçik, tünd yaşıl yarpaqları, xoş ətirli bəyaz çiçəkləri var. Çiçəkləri beş tac yarpaqdan ibarətdir.

Qış yasəməni adlandırılan növ isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduzşəkilli sarı qızılı çiçəkləri ilə göz oxşayır və dekorativ bitki kimi parkları bəzəyir. Yasəmənin bəzi növləri mövsümün uyğun olmadığı bölgələrdə yalnız istixanalarda yetişdirilir. Ancaq çoxu qış mövsümünü asanlıqda açıqda keçirə bilir. Yasəmənlər calaq yolu ilə çoxaldılır.