Türk Dilində Danışan Ölkələr Günü İstanbulda qeyd olunub


Siyasət 06 Okt 2017 20:29:14 355 0

Türk Dilində Danışan Ölkələr Günü İstanbulda qeyd olunub

Tədbirdə Türkiyənin xarici işlər nazirinin müavini Əhmət Yıldız da iştirak edib

Türkiyənin İstanbul şəhərində Türk Dilində Danışan Ölkələr Günü qeyd olunub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, diplomatların, iş adamlarının və siyasətçilərin qatıldığı tədbirdə Türkiyənin xarici işlər nazirinin müavini Əhmət Yıldız da iştirak edib. 

Çıxış edənlər Prezident İlham Əliyevin tarixi qərarı ilə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasına dair Naxçıvan Sazişi" əsasında qurulan Şuranın bu illər ərizindəki fəaliyyətindən danışıblar.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov 8 ildir fəaliyyət göstərən və enerji, iqtisadiyyat, xarici siyasət, gömrük, təhsil, turizm və digər 14 müxtəlif sahələri kordinasiya edən hökumətlərarası qurumun uğurlu işindən danışıb. R.Həsənov Türk Şurasının türkdilli ölkələr arasında daha güclü əməkdaşlıq və həmrəyliyə vəsilə olduğunu bildirib.

Tədbirdə çıxış edən Türkiyənin xarici işlər nazirinin müavini Əhmət Yıldız türk dilində danışan ölkələrin arasında tarix, dil, kimlik və mədəniyyətə söykənən ortaq mənfəətləri və münasibətləri inkişaf etdirmək, həmrəyliyi daha da gücləndirmək üçün Türk Şurasının fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib. Nazir müavini hökmətlərarası təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Vüsalə Abbasova