Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub


Sosial 06 Okt 2017 21:16:48 312 0

Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub

Üç uşaq anasının cəsədini qızı tapıb

Goranboy rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

Rayonun Zeynallı kənd sakinlərinin "Report"un Qərb bürosuna verdiyi məlumata görə, hadisənin baş verdiyi ailə kənddə sakit ailə kimi tanınır.

Sakinlər bildiriblər ki, intihar etmiş Günel adlı qadının həyat yoldaşı Bakı şəhərində işləyir. Bu gün onu Bakıya yola salıb və bir müddət sonra hamam otağına gedərək orda özünü iplə asıb. Üç uşaq anasının cəsədini qızı tapıb və bu barədə nənə-babasına xəbər verib.

Məlumata görə, Günel son günlərdə özünə qapanıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.