Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ


Digərləri 06 Okt 2017 23:33:00 454 0

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ

Heç limon qabığının çayını dəmləmisiniz?

Son.az xəbər verir ki, limon qabığından hazırlanan çay həm ləzzətli, həm də şəfaverici xüsusiyyətlərə malikdir. Turş dada malik limon qabığı çayı bir çox ölkələrdə müalicəvi məqsədlərlə istifadə edilir.

Limon qabığı çayı qaz problemini aradan qaldırır. Odur ki, ağır yemək yedikdən sonra qaz yaranıbsa, bu çaydan dəmləyib için. Bu təbii müalicə üsulu qaraciyərə də müsbət təsir göstərir, iltihabı azaldıb metabolizmin fəaliyyətini yaxşıladırır.

Limon qabığı çayı qandakı qələvi səviyyəsini normaya salır, damarları təmizləyir.

Limon çayından mütəmadi olaraq istifadə immuniteti də gücləndirir. Soyuqdəymə və qripi sağaldır. Odur ki, limon qabığının çayı payız aylarında qirpdən qorunmaq üçün ən sərfəli bitkidir.

Antiseptiktdir.

Ağız qoxusunun yaranmasının qarşısını alır.

Dərinin həddən artıq yağlanmasına imkan vermir.

Limon qabığı çayı arıqlamağa da kömək edir. Toksinləri xaric etdiyi üçün metabolizmi aktivləşdirir və yağları yandırır. Həmçinin xolesterini səviyyəsini aşağı salır.