Elxan Poluxov Qayana Milli Assambleyasının spikeri ilə görüşüb


Siyasət 06 Okt 2017 21:32:34 359 0

Elxan Poluxov Qayana Milli Assambleyasının spikeri ilə görüşüb

Görüşdə bir sıra məsələlər müzakirə edilib

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Qayana Kooperativ Respublikasının Milli Assambleyasının spikeri Barton Şotlandla görüşüb.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasından məlumat verilib.

Qeyd olunur ki, görüşdə parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tərəflər ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.