Yaponiyada 5,9 bal gücündə zəlzələ olub


Dünya 06 Okt 2017 22:12:33 355 0

Yaponiyada 5,9 bal gücündə zəlzələ olub

Xəsarət alanlar və dağıntı barədə məlumat daxil olmayıb

Yaponiyanın şərqində, Fukusima prefekturası ərazisində 5,9 bal gücündə zəlzələ olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanlar Fukusima prefekturasında hiss edilib. Zəlzələ Tokioda 2 bala çatıb.

Zəlzələnin episentri dənizdə, Fukusima sahillərində, zəlzələ ocağı 50 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntı barədə məlumat daxil olmayıb.