Messi Çində əyləncə parkı açacaq - VİDEO


Dünya 06 Okt 2017 23:04:23 338 0

Messi Çində əyləncə parkı açacaq - VİDEO

"Messi Experience Park"ının 2020-ci ildə istifadəyə veriləcəyi bildirilir

Kataloniyanın "Barselona" komandasının Arqentinadan olan hücumçusu Lionel Messi əyləncə parkının layihəsini təqdim edib.

"Report"un məlumatına görə, bu barədə "Marca" xəbər verib.

Xəbərdə bildirilir ki, parkın sahəsi 80 min kvadrat metrdən ibarət olacaq və onun içində 20 ekspozisiya yerləşdiriləcək. Əyləncə-istirahət məkanı Çinin Nankin şəhərində açılacaq.

Parkın 2020-ci ildə istifadəyə veriləcəyi bildirilir. Messi parkın tək ulduzu olmayacaq. "Messi Experience Park"ında həmçinin digər futbolçu Kriştianu Ronaldu və dünya futbolunun başqa ulduzlarının da yeri olacaq.