Yaşlanma və qırışlar əleyhinə ən yaxşı


Digərləri 06 Okt 2017 23:51:00 350 0

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı

Qocalığı dayandırmaq üçün hər hansı eleksir mövcud deyil. Yaş və zaman öz sözünü deyir. Müasit tibbdə cavan qalmaq istəyənlərə bahalı prosedurlar və plastik əməliyyatlar təklif edilir. Lakin təbiət insana öz sağlamlığını qoruması üçün çoxlu sayda faydalı nemətlər bəxş edib. Onların köməyi sayəsində çox asan və ucuz yolla qocalma prosesini ləngitmək mümkündür.

Son.az xəbər verir ki, tərkibi antioksidant, C və başqa vitaminlərlə zəngin olan meyvə-tərəvəzlər qocalıq prosesini ləngidir, onun mənfi təsirlərini azaldır və dərinizin elastikliyini qoruyur. Diyetoloqlar bildirib ki, üzüm, qarpız, badımcan və pomidor suyu dərini təbii vitamin və minerallarla qidalandıran ən yaxşı mənbədir.

Badımcan suyu

Badımcan suyunun acılığını azalmaq üçün içinə alma suyu əlavə edin. Antioksidant baxımından zəngin olan badımcan dərinin elastikliyini bərpa edib nəm balansını normaya salır.

Pomidor suyu

Pomidor suyu xüsusən likopenlə boldur. Likopen dəri kollageninin möhləmliyi və elastikliyinə görə cavabdehlik daşıyır. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və bu, ilk olaraq dəridə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itirir, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur. Pomidor suyu isə yaşla əlaqədar olaraq dəridə yaranan problemləri aradan qaldırır. Karotenoid və fitokimyəvi piqment isə sərbəst radikalların (immun sisteminə hücum edən və qocalmanı sürətləndirən, sağlam hüceyrələrə zərər verən molekullar və ionlar sərbəst radikallar adlanır) mübarizəsində ən güclü vasitələr sayılır.


Xəbərə aid fotolar