Portuqaliya millisinin futbolçusuna 7 aylıq həbs cəzası


İdman 06 Okt 2017 15:32:00 287 0

Portuqaliya millisinin futbolçusuna 7 aylıq həbs cəzası

"Shanghai SIPG"in şərəfini qoruyan Rikardo Karvalyodan xəbər var. Goal.az-ın məlumatına görə portuqaliyalı müdafiəçi 7 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2011-13-cü illərdə "Real"da çıxış etdiyi zaman vergidən yayınmaqda ittiham olunur. İspaniya qanunlarına görə 2 ilədək həbs cəzası şərti xarakter daşıyır və cərimə ilə əvəzlənə bilər.

Karvalyo "Porto", "Chelsea" və "Monaco"nun da formasını geyinib. O, Portuqaliya millisində 89 oyuna çıxıb.