İniesta: "Bu klub böyüyüb inkişaf etdiyimə şahid olub"


İdman 06 Okt 2017 15:51:00 342 0

İniesta: "Bu klub böyüyüb inkişaf etdiyimə şahid olub"

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta klubla karyerasının sonunakimi müqavilə imzalayıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu təəssüratlarını klub saytı ilə bölüşüb.

"Mənim üçün xüsusi gündür. Böyük uğurlar aruzu ilə evimdə qaldım. Bu klub böyüyüb inkişaf etdiyimə şahid olub. "Barcelona"nın kapitanı olmaq hər kəsə nəsib olmur. Hər mövsümdən sonra bizim üçün ən düzgün qərarı birlikdə verəcəyik. Bu klubda bədənim və şüurum dayanmaq lazım olduğunu deyənə qədər oynayacam. Sevnc, xoşbəxtlik və fəxarət hissləri ilə doluyam. diqqətimi mövsümün sonunda mümkün qədər titul qazanmağa yönəltmişəm. Komandaya fayda vermək, onun vacib bir üzvü olmaq istəyirəm".