Fariz Yusifov I divizionda


İdman 06 Okt 2017 17:22:00 385 0

Fariz Yusifov I divizionda

Azərbaycan çempionatının I divizionunda II turun təyinatları  açıqlanıb.

Goal.az-ın məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi bəzi Premyer Liqa referilərini də aşağı dəstəyə göndərib.

Çempionatın ən təcrübəli ədalət təmsilçisi Fariz Yusifov “Şüvəlan” – “Ağsu” qarşılaşmasını idarə edəcək. Ramil Diniyevlə Elvin Əsgərov da divizionun II turunun matçlarına təyinat alıb.

 

I divizion

II tur

07 oktyabr (şənbə)

 

15:00. “Qaradağ Lökbatan” – “Sabah”

Hakimlər: Ziya Nəsirov, Nahid Əliyev, İsgəndər Əliyev, Nahid Xasıyev

Hakim-inspektor: Ceyhun  Haşımov

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

15:00. “Xəzər” – “Turan Tovuz”

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Cavanşir Yusifov, Etibar Həsənov

Hakim-inspektor: Nemət  Mahmudov

“AZAL Arena”

 

08 oktyabr (bazar)

 

15:00. “Mil-Muğan” – “Binə”

Hakimlər: Ramil Əhmədov, Azər Əsgərov, Pərvin Talıbov, Mahir Məmmədov

Hakim-inspektor: Munis  Abdullayev

Heydər Əliyev adına İmişli şəhər stadionu

 

15:00. “Zaqatala” – MOİK

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Cəmil Quliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Vahid  Hüseynov

Zaqatala şəhər stadionu

 

15:00. “Şüvəlan” – “Ağsu”

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov

Hakim-inspektor: Əvəz  Şıxıyev

“AZAL Arena”