"Bavariya"nın yeni baş məşqçisi açıqlandı


İdman 06 Okt 2017 18:05:00 314 0

"Bavariya"nın yeni baş məşqçisi açıqlandı

"Bayern Munich" mövsümün sonuna kimi Yupp Haynkeslə anlaşıb. Goal.az xəbər verir ki, 72 yaşlı mütəxəsis vəzifəsinin icrasına 9 oktyabrdan başlayacaq. Bununla da, Haynkes karyerasında 3-cü dəfə Münhen klubuna qayıdıb.

"Bu, qayıdışı deyil, sadəcə dost köməyidir. "Bavariya"ya çox şey borcluyam. Özümü əla hiss edirəm" - Haynkes deyib.

Alman məşqçi "Bayern"ə 3 dəfə Bundesliqa çempionluğu yaşadıb. Klub 2013-cü ildə onun rəhbərliyi altında "qızıl trebl"ə imza atmışdı.