Panuççi: "Pike çox adamdan cəsur olduğunu göstərdi"


İdman 06 Okt 2017 18:30:00 328 0

Panuççi: "Pike çox adamdan cəsur olduğunu göstərdi"

Albaniya millisinin baş məşqçisi Kristian Panuççi "Barcelona"nın futbolçusu Jerar Pikeyə dəstək olub. Goal.az xəbər verir ki, italiyalı mütəxəsis İspaniya ilə oyun öncəsi onun cəsarətini alqışlayıb.

"Pike çox adamdan cəsur olduğunu göstərdi. Fikirlərini söyləyir, ikiüzlü deyil. Hörməti nəzərə aldığınız müddətdə söz azadlığınız var. Siyasətə qarışmadığımı açıq şəkildə qeyd etmək istərdim.

Panuççi futbolçu kimi "Milan", "İnter", "Chelsea", "Monaco" və "Roma"nən şərəfini qoruyub. O, 1996-99-cu illərdə "Real"ın da formasını geyinib.