"Barcelona"nın hətta əvəzedici komandasında da oynaya bilmirəm"


İdman 06 Okt 2017 18:52:00 331 0

"Barcelona"nın hətta əvəzedici komandasında da oynaya bilmirəm"

"Barcelona"nın belçikalı müdafiəçisi Tomas Vermalen ölkəsinin mətbuatına müsahibə verib. Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu bunları deyib:

"Klubdan mənə dedilər ki, gedə bilmərəm. Başqa klubların maraq göstərməsinə baxmayaraq qalmalı oldum. İndisə çətin vəziyyətə düşmüşəm. Hətta əvəzedici komandada da oynaya bilmirəm. Belçika millisində bir neçə dəqiqə oynayıb "Barcelona"ya qayıtsam, yaxşı olardı. Mənə ehtiyac yaransa, hazır olduğumu görəcəklər.

Baş məşqçi məşqimdən razıdır. "Barcelona" kimi klubda 3 yox, 4-5 mərkəz müdafiəçisi lazımdır. Onlardan birinin zədələnməsi və ya cəzalandırılması əsas heyətə qayıtmağıma imkan yaradacaq. Belə şeylər tez-tez baş verir. Hazırda işlər o qədər də yaxşı getmir. Amma növbəti həftə hər şey dəyişə bilər".