Luis Suarez əməliyyat olunacaq


İdman 06 Okt 2017 20:16:00 315 0

Luis Suarez əməliyyat olunacaq

"Barcelona"nın hücumçusu Luis Suarez noyabrda dizindən əməliyyat olunacaq. Goal.az xəbər verir ki, əməliyyat tarixi Suarezin minimum oyun buraxması nəzərə alınaraq seçilib. Katalonlar ümid edir ki, Uruqvay millisi dünya çempionatına birbaşa yollanacaq və Suarezin pley-off qarşılaşmalarında iştirakına zərurət yaranmayacaq. İşlər qaydasında getsə, futbolçu 2-3 həftə meydana çıxa bilməyəcək. Bu müddətdə "Barcelona" 2 oyun keçirəcək.