Kosta-Rikada fövqəladə vəziyyət elan olunub - Səbəb "Neyt"...


Digərləri 06 Okt 2017 09:45:17 256 0

Kosta-Rikada fövqəladə vəziyyət elan olunub - Səbəb "Neyt"...

Kosta-Rikada Prezident Lusi Qilermonun göstərişi ilə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub.

Bakı. Kosta-Rikada Prezident Lusi Qilermonun göstərişi ilə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Trend-in məlumatına görə, tropik "Neyt" qasırğası ilə əlaqədar eləcə də 2 gün qeyri-iş günü elan olunub. Son məlumata görə, qasırğa azı 7 nəfərin həyatına son qoyub, daha 10 nəfərin isə daşqınlarda itkin düşdüyü bildirilir. Qasırğanın ölkədə dağıntılara səbəb olduğu barədə də məlumat verilib. Ölkədə məktəblərdə də dərslər dayandırılıb