Sumqayıtda yaşayış binasında yanğın - 15 sakin təxliyə olunub


Digərləri 06 Okt 2017 10:02:00 302 0

Sumqayıtda yaşayış binasında yanğın - 15 sakin təxliyə olunub

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bakı. Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları 5 kv.m sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.