Rusiyada qatar və avtobus toqquşub, 14 nəfər ölüb, 18-i yaralanıb


Dünya 06 Okt 2017 06:46:53 403 0

Rusiyada qatar və avtobus toqquşub, 14 nəfər ölüb, 18-i yaralanıb

Qəza Vladimirski vilayətində baş verib

Rusiyanın Vladimirski vilayətində dəmir yolu keçidi üzərində qatarın avtobusu vurması nəticəsində azı 14 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən REN.TV məlumat yayıb.

Xəbərə görə, qəza nəticəsində 14 nəfər ölüb. Onların arasında 1 uşaq da var. Həmçinin 3-ü uşaq olmaqla 18 nəfər xəsarət alıb.